12.10.2017

2003-2006, 2007, 2008 və kiçik təvəllüdlü uşaq və yeniyetmələr arasında stolüstü tennis üzrə rayon birinciliyi keçirilmişdir.

          Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən rayon Uşaq Gənclər İdman Məktəbində 2003-2006, 2007, 2008 və kiçik təvəllüdlü uşaq və yeniyetmələr arasında stolüstü tennis üzrə rayon birinciliyi keçirilmişdir.

         İlk öncə Salyan rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aqşin Qasımov yarış iştirakçılarını salamlayaraq bildirdi ki, rayonda stolüstü tennis idman növü son zamanlar dinamik inkişafdadır.

        Stolüstü tennisin ən sürətli və həyəcanverici idman növlərindən biri olmaqla yanaşı, həmçinin güc, sürət və bacarıq kimi xüsusiyyətləri özündə birləşdirən idman oyunu olduğunu qeyd edərək idmançılara uğurlar arzuladı.
        Daha sonra çıxış edən rayonun təcrübəli məşqçi-müəllimi, Dünya və Avropa çempionatlarının iştirakçısı, idman ustası Mehman Səmədov bildirdi ki, rayonda bu səpkidə yarışların keçirilməsi istedadlı idmançıların aşkar edilməsində və onların peşəkar idman təcrübəsi qazanması üçün əvəzedilməzdir.

      Olimpiya sistemi üzrə keçirilən yarışın sonunda I, II və III yeri tutmuş idmançılar Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar ilə mükafatlandırıldılar.


Açar sözlər: ,