Rayonun ümumtəhsil məktəblərində 15 SENTYABR "BİLİK GÜNÜ" qeyd olunub.
Tədbirlərdə Salyan rayonu Təhsil Şöbəsinin rəhbərliyi, yerli icra hakimiyyəti orqanının, məktəb icmalarının və ictimaiyyətin nümayəndələri iştirak edib.
Mərasimdə məktəb rəhbərləri çıxış edərək yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən söz açıb, məktəb məzunlarının qəbul imtahanlarında göstərdikləri uğurlardan bəhs ediblər.
“Bilik günü”ndə iştirak edən RTŞ nümayəndələri və qonaqlar yeni dərs ilinin başlanması münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb.
Sonra məktəblilərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib.
Qeyd edək ki, yeni tədris ilində RTŞ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə 19000 artıq şagird təhsil alacaq.