Ümumi təhsil müəssisələrinin dərslik və müəllim üçün metodik vəsaitlərlə təminatı işinin səmərəli təşkili haqqında Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə uyğun olaraq Salyan Rayon Təhsil Şöbəsi tərəfindən bütün məktəblərin dərsliklərlə təminatı prosesi uğurla başa çatıb.
2017-2018-ci tədris ili üçün bölgü layihəsinə əsasən Salyan rayonuna Azərbaycan və rus bölmələri üçün 80 adda 48573 ədəd dərslik və dərs vəsaiti gətirilib.
Hal-hazıda dərsliklərin şagirdlərə paylanılması həyata keçirilir.