07.09.2017

Rayon Təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.

         06 sentyabr 2017-ci il tarixində Salyan RİH-nin akt zalında Rayon Təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.

       Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsilin İnkişafı Proqramları şöbəsinin keyfiyyətin təminatı sektorunun müdiri Almaz Əsgərova, rayonun  məktəb direktorları, qabaqcıl müəllimlər və ictimaiyyətin nümayəndələri iştirak etmişdir.

       Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət etmiş, abidə önünə gül-çiçək dəstələri qoyulmuşdur. Sonra tədbir RİH-in akt zalında davam etdirilmişdir. Rayon Təhsil şöbəsinin müdiri Xudaverdi Piriyev «2016-2017-ci tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr» mövzusunda geniş məruzə ilə çıxış etmişdir.

     Məruzə ətrafında çıxışlar olmuşdur. Çıxış edənlər qazanılan uğurlara, təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz  İlham Əliyev cənablarına öz dərin minnətdarlıqlarını bildirmişlər.

    Tədbirdə 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan məzunlara və bir qrup qabaqcıl müəllimlərə rayon İcra hakimiyyəti başçısının Fəxri fərmanı və qiymətli hədiyyələr təqdim olunmuşdur.            Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsilin İnkişafı Proqramları şöbəsinin keyfiyyətin təminatı sektorunun müdiri Almaz Əsgərova konfransda çıxış edərək rayon təhsil işçilərinin qazandığı nailiyyətlərindən və yeni dərs ilində qarşıda duran vəzifələrdən danışmış, yeni tədris ilinin başlanması münasibətilə bütün təhsil işçilərini təbrik etmişlər.

Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev cənablarına müraciət ünvanlanmışdır.


Açar sözlər: