Salyan RTŞ-nin akt zalında Salyan rayonu üzrə ümumi təhsil müəssisələrinin Kitabxanaçıları ilə görüş keçirilib.
Görüşün keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrində kitabxana işinin düzgün formalaşdırılmasına dəstək verməkdən ibarətdir.
Kitabxanaçıların fəaliyyəti məktəblərdə kitabxana işinin düzgün təşkili, kitabxanadaxili və kitabxanalararası öyrədici mühitin təkmilləşdirilməsi, səmərəli fikir mübadiləsindən yararlanma və araşdırma qabiliyyətinin inkişafı məsələlərini əhatə edir.
Görüş zamanı kitabxanaların iş fəaliyyəti, ümumi təhsil məktəbləri ilə əməkdaşlıq çərçivəsində görülmüş işlər barədə söhbət açılıb, verilən suallar cavablandırılıb.