02.06.2017

“ŞƏN və HAZIRCAVABLAR ” klub yarışlarının final mərhələsi keçirilmişdir.

       Salyan şəhər Babək mədəniyyət evində Salyan rayon Gənclər və İdman İdarəsi və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən “ŞƏN və HAZIRCAVABLAR ” klub yarışlarının final mərhələsi keçirilmişdir.

       Beləliklə istedadlı məktəblilərin aşkar edilməsi, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi, onların bilik səviyyəsinin və istedadlarının üzə çıxarılması və daha hazırcavab, bilikli olması, müstəqil düşüncə və davranış hisslərinin inkişaf etdirilməsi məqsədilə keçirilən yarışlara yekun vurulmuşdur.

       Final mərhələsində rayon 6 saylı və 3 saylı məktəbin komandaları qarşılaşmış və münsiflər heyətinin qərarına əsasən şəhər 3 saylı tam orta məktəbin komandası yarışmanın qalibi adını qazanmışdır.

      Qaliblər Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom və fəxri fərmanlar ilə mükafatlandırılmışlar.


Açar sözlər: ,