02.06.2017

Voleybol idman növü üzrə şəhər ümumtəhsil məktəbləri arasında rayon birinciliyi keçirilmişdir.

        Salyan rayon Gənclər və İdman İdarəsi və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Salyan şəhər 9 saylı tam orta məktəbin idman zalında Yaşar Məlikovun xatirəsinə həsr edilmiş voleybol idman növü üzrə şəhər ümumtəhsil məktəbləri arasında rayon birinciliyi keçirilmişdir.

       Birincilikdə 9 şəhər ümumtəhsil məktəbindən 108 nəfər məktəbli iştirak edirdi.
      Qalib komandalar Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və fəxri fərmanlar ilə mükafatlandırıldılar.

 

Açar sözlər: ,