15.05.2017

Azərbaycan Respublikası Təhsil Nazirliyinin  təşəbbüsü ilə  “Həmkardan həmkara dəstək” adlı layihə həyata keçirilir.

          01 aprel 2017-ci il tarixdən Salyan şəhərində  Azərbaycan Respublikası Təhsil Nazirliyinin  təşəbbüsü ilə  “Həmkardan həmkara dəstək” adlı layihə həyata keçirilir.

         Layihədə məqsəd diaqnostik qiymətləndirmə zamanı aşkar edilmiş  nöqsanların aradan qaldırılmasıdır.

         Bununla əlaqədar olaraq  hər həftənin  şənbə günləri  müəyyən  edilmiş  4  mərkəzdə  ayrı-ayrı fənlər üzrə təlimlər  təşkil  edilir. 

        Təlimlərdə  DQ zamanı yüksək nəticə əldə etmiş 21 nəfər müəllim  könüllü olaraq  təlimçi kimi fəaliyyət göstərir. Təlimlər 300 müəllimi əhatə edir.

       Salyan rayonunda təhsilin keyfiyyətinin və  səmərəliliyinin  artırılmasına  istiqamətlənmiş   bu  layihə  dərs ilinin sonunadək davam edəcəkdir.