12.05.2016-ci il tarixində Azərbaycan Respulikası Dövlət Miqrasiya Xidmətinin Şirvan Regional İdarəsinin əməkdaşları ilə və Rayonun ümumtəhsil məktəblərinin rəhbərləri ilə görüşü keçirilmişdir.
Görüşdə Şirvan Regional İdarəsinin rəisi İslam Ağayev miqrasiya ilə bağlı məsələlər ətrafında geniş məruzə etmişdir. İ.Ağayev Dövlət Miqrasiya Xidmətinin yaranma tarixi, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat sisteminin fəaliyyətinin təmin edilməsi haqqında" Əsasnamənin müddəalarından irəli gələn məsələlərin həll edilməsi istiqamətində görülən tədbirlər barədə geniş məlumat verdi.
Miqrasiya Proseslərinin cəmiyyətin inkişaf göstəricilərindən biri olmasını vurğulayan İ.Ağayev təhsil sahəsində də bu xidmətdən istifadə etmək üçün bir neçə tövsiyələr verdi.
Rayon Təhsil Şöbəsinin müdiri X.Piriyev təhsil sahəsində miqrasiya məsələləri ilə bağlı təhsil nazirliyinin təlimatı məktubunu əsas götürərək şagirdlərin məktəbə qəbulu prosesində düzgün sənədləşmə aparılmasını, miqrasiya sənədlərinin düzgün olmasına nəzarətin artırılması barədə məktəb rəhbərlərinə tapşırıq verdi.
Ölkə ərazisində miqrasiyanın tənzimlənməsi baxımından vətəndaşların miqrasiya qanunvericiliyinə əməl etmələri üçün maarifləndirici tədbirlərin həyata keçirilməsi istiqamətində belə tədbirlərin sayının artırılması yığıncaq iştirakçıları tərəfindən səsləndirildi.
IX və XI sinif şagirdləri arasında buraxılış imtahanları ilə bağlı miqrasiya sənədləri qaydasında olmayan şagirdlər barədə suallara regional idarənin əməkdaşları ətraflı izahat verdilər.
Yığıncaqda bir daha qeyd olunduki Dövlətin Miqrasiya siyasətin əsas məqsədi milli təhlükəsizliyi və milli maraqları qorumaqla qanunsz miqrasiyanın qarşısının alınması və ümumiyyətlə miqrasiya proseslərinin idarə olunmasıdır.
Yığıncaq iştirakçıları adından RTŞ-nin müdiri X.Piriyev maarifləndirici tədbirin keçirilməsinə və geniş məzmunlu, əhatəli çıxışına görə Şirvan Regional İdarəsinin rəisi İslam Ağayevə minnətdarlını bildirdi.