12.05.2016

Peyk  kənd  tam  orta  məktəbində  tədbir keçirilib

11.05.2016-cı  il  tarixdə  Salyan  rayon  Peyk  kənd  tam  orta  məktəbində  Təhsil  Nazirliyi  və  Səhiyyə  Nazirliyinin  birgə  layihəsi  olan  "Reproduktiv  sağlamlığın  tədrisi"  mövzusunda  təlim  keçirilmişdir.  Təlimçi  məktəbin  Biologiya  müəllimi  Hüseynova  Vüsalə  idi.  Təlimdə  2  valideyn  və  məktəbin  diger  3  qadın  müəllimi  iştirak  edirdi.  Təlimin  əsas  məqsədi  VI,  VII  sinifdə  oxuyan  qızları  yeniyetməlik  dövrü  ilə  bağlı  məlumatlandırmaq,  onlari  orqanizmdə  baş  verən  fizioloji  dəyişikliklər  haqqinda  bilgiləndirmək  idi.  Yeniyetməlik  dövrü - sürətli  fiziki  inkişaf,  psixoloji,  emosional,  intellektual,  mədəni,  mənəvi  inkişaf  ilə  səciyyələnən,  insanın  həyatinda  helledici  dövrdür.  Şagirdlərin  bu  dövrü  rahat,  məlumatlı,  özünəinamlı  keçirməsi  üçün  belə  təlimlər  məqsədə  uyğundur.


Açar sözlər: