17.04.2017

Məktəb direktorlarının növbəti yığıncağı keçirilmişdir.

       Salyan RTŞ-nin akt zalında məktəb direktorlarının növbəti yığıncağı keçirilmişdir.

         Yığıncaqda 2017-2018-ci tədris ilində dövlət ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarının təşkili,  ibtidai siniflərdə “əsas müəllim” kimi çalışan və “yığma dərs” aparan müəllimlər barədə,  vakant yerlər barədə məlumatların hazırlanması, diaqnostik imtahanda zəif nəticə göstərən müəllimlərlə təşkil olunmuş kursların gedişi barədə, "Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydalarının təsdiq edilməsi haqqında"   Təhsil Nazirinin 851 saylı Əmrinin müzakirəsi barədə məsələlər müzakirə edilmişdir.

        Tədbirdə Ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat yarışının qaliblərinə ATİAHİK- tərəfindən qiymətli hədiyyə və Fəxri Fərman təqdim edilmişdir.


Açar sözlər: