17.04.2017

“Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilmişdir.

           12 aprel 2017-ci il tarixdə Salyan rayon Olimpiya İdman Kompleksində Salyan rayon Gənclər və İdman İdarəsi və rayon Təhsil şöbəsinin birgə təşkilatçılıgı ilə Yaz çagırışına həsr olunmuş çağırışa qədər və çağırış yaşlı gənclərin “Marş İrəli” devizli “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilmişdir.
            Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların milli ruhda yetişdirilməsi olduğunu vurğulayaraq bildirdi ki, yarışın keçirilməsində əsas məqsəd Çağırışa qədər və çağırış yaşlı gənclərin Vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlamaq, gənclərdə Vətənə məhəbbət və vətənpərvərlik hissini artırmaq, “VMH” poliatlon çoxnövçülüyünü yeniyetmə və gənclər arasında təbliğ etmək ,rayonun poliatlon çoxnövçülərindən ibarət yığma komandasının heyətini müəyyənləşdirmək, rayon çempionunu müəyyən etmək və zona mərhələsində iştirakını təmin etməkdən ibarətdir.
           Keçirilən yarışda rayonun 23 tam orta məktəbindən 115 gənc iştirak etdi.
          4 növçülük üzrə ( 100 metr və 2000 metr məsafəyə qaçış, turnikdə dartınma və qumbara atmaq) keçirilən yarışın sonunda ən yüksək xal toplayan komandalardan Qarabağlı 1 kənd tam orta məktəbin komandası birinci, Kürqaraqaşlı kənd tam orta məktəbin komandası ikinci və rayon 4 saylı tam orta kənd tam orta məktəbin komandası isə üçüncü yerə layiq görüldülər.
         Yarış Beynəlxalq Poliatlon Çöxnövçülüyü Assosiasiyasının qaydalarına əsasən keçirilmişdir.
         Qaliblər Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələr ilə təltif edildilər.