23.03.2017

Təntənəli bayram tədbirləri

 

Novruz bayramı münasibətilə rayonun ümumtəhsil məktəblərində təntənəli bayram tədbirləri keçirilib.

Xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramı münasibətilə təşkil olunmuş “Yurdumuza bahar gəlir” adlı tədbirlərdə rayonun ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri iştirak edib.

Tədbirlərdə çıxış edənlər iştirakçıları təbiətin oyanışından xəbər verən, insan həyatına yenilik, süfrələrə xeyir - bərəkət bəxş edən Novruz bayramı münasibətilə təbrik ediblər və şagirdlərin Azərbaycanın tarixi və adət-ənənələri ilə bağlı məlumatlandırılmasının, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyini vurğulayıblar.

Tədbirlərdə şagirdlər Novruza, baharın gəlişinə həsr olunmuş şeirlərdən parçalar söyləyib, maraqlı səhnəciklər nümayiş etdiriblər.

Bayram şənliklərind Novruz personajları olan Keçəl və Kosanın məzəli oyunları, Bahar qızın gəlişi tədbir iştirakçılarının marağına səbəb olub.


Açar sözlər: ,