02.03.2017

1 mart Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbirlər keçirilib.

Salyan rayonu  ümumtəhsil müəssisələrində 1 mart Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbirlər keçirilib.

Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarətdir.

Tədbirlərdə mülki müdafiənin məqsədi və əhəmiyyəti, Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixi barədə şagirdlərə geniş məlumat verilib.

Məktəblərdə mülki müdafiə qrupları tərəfindən şagirdlərin iştirakı ilə təlim prosesi də həyata keçirilib. Şagirdlər ilkin yardım və təxliyə zamanı bacarıqlarını nümayiş etdiriblər.

Təlim zamanı şagirdlərə yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi  tədbirlər haqqında məlumat verilib. Ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edilib.

 

 

 

Açar sözlər: ,