01.03.2017

"Çərşənbə iməcilikləri"nin  keçirilməsi davam edir.

 

           Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08.02.2017-ci il tarixli 87 saylı əmri ilə təsdiq olunmuş "Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı,milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi" haqqında Fəaliyyət Planına əsasən Şəkərli kənd ümumi orta məktəbində təsdiq edilmiş plana əsasən "Təmiz məktəb" layihəsi çərçivəsində şagirdlərdə ekoloji tərbiyəni inkişaf etditmək,milli-mənəvi dəyərlərimizin təbliği və yaşadılması məqsədi ilə Novruz bayramı ərəfəsində hər həftə "çərşənbə iməcilikləri" keçirilməsi nəzərdə tutulmuşdur. İməciliklər yüksək səviyyədə təşkil edilir.

          Novruz bayramı ərəfəsində  məktəbdə həmçinin ilaxır çərşənbələrdən ikincisi olan od çərşənbəsi qeyd olundu.Məktəbin direktoru S.Səlimli od çərşənbəsinin tarixi,bu çərşənbə ilə bağlı xalq adətləri ilə bağlı geniş məlumat verdi.

          Sonra məktəbin müəllim və şagird kollektivi ilaxır çərşənbə tonqalının üzərindən atılaraq çərşənbəni qeyd elədilər.

 

 

 


Açar sözlər: ,