28.02.2017

Şəhər 3 sayli tam orta məktəbdə çərşənbə iməcliyi keçirilmişdir.

                Bu gün şəhər 3 sayli tam orta məktəbin ərazisində çərşənbə iməcliyi keçirilmişdir.

İməciliklərin həyata keçirilməsində əsas məqsəd şagirdlərin Azərbaycanın adət-ənənələri ilə bağlı məlumatlandırılması, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsi və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasından ibarətdir.

İməcilik zamanı  məktəbin müəllim, şagird kollektivinin iştirakı ilə  məktəbin həyətyanı sahələri təmizlənib, ağacların dibi bellənib, abadlıq işləri görülüb. Habelə şagirdlərə  çərşənbələrin mahiyyəti, adətləri barədə geniş məlumat verilib.

 Qeyd edək ki, iməciliklərin növbəti çərşənbələrdə də davam etdirilməsi nəzərdə tutulub.


Açar sözlər: ,