21.02.2017

Salyan rayon T. Şirinov adına Yuxarı Xalac-2 kənd tam orta məktəbində “Xocalı soytırımı”na həsr olunmuş tədbir keçirilmişdir.

20.02.2017-ci il tarixində Salyan rayon T. Şirinov adına Yuxarı Xalac-2 kənd tam orta məktəbində “Xocalı soytırımı”na həsr olunmuş tədbir keçirilmişdir.

     Tədbirə şəhid ailələri,  Xalac kəndinin ərazi nümayəndəliyi, kənd Mədəniyyət evinin işçiləri, kəndin ağsaqqalları və valideynlər dəvət olunmuşdur.

     Tədbir  iştirakçıları tərəfindən “Xocalı soyqırımı”nda həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra məktəbin direktoru Rəşad Zeynalov tərəfindən açıq elan olundu.

     Məktəbin müəllimləri Naseh Ağabəyli və Reyhan Hüseynova Xocalı faciəsi ilə əlaqədar geniş şəkildə çıxış etdilər.

     Məktəbin tarix müəllimi Reyhan Hüseynova Xocalı dəhşətlərini, erməni vandalizmini tədbir iştirakçılarına bir daha xatırlatdı.

     Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İsgəndər Sadıqov  Xocalı faciəsi haqqında yazdığı şeirləri səsləndirdi.

     Tədbirdə çıxış edənlər Xocalı faciəsində vəhşicəsinə qətlə yetirilən insanların tezliklə qisasının alınacağına əmin olunduqlarını bildirdilər.

     Hamı öz çıxışında möhtərəm prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin əmrini gözlədiklərini, Qarabağımızı tezliklə azad etməyə hazır olduqlarını bildirdilər.

    Tədbirin sonunda şagirdlərin ifa etdikləri  "Tarixin dəhşədli səhifələri heç vaxt unudulmur" adlı ədəbi-bədii kompozisiya tədbir iştirakçılarını kövrəltdi.