Salyan rayon C.Əliyev adına Qardili kənd tam orta məktəbində “Xocali “soyqırımına həsr olunmuş anım tədbiri keçirilmişdir.
İnsanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi soyqırım hadisəsi olan, misli görünməmiş vəhşiliklə həyata keçirilən Xocalı soyqırımının anım gününün keçirilməsi məktəblilər arasında hərbi-vətənpərlik hissinin aşılanmasına,dünyada analoqu olmayan soyqırımlar içərisində ən dəhşətlisi olan bu soyqırımın indiki nəslə çatdırılması istiqamətində görülən tədbirlərdəndir.
Tədbirdə qanlı faciənin dəhşətlərini əks etdirən videomaterial göstərilmiş, M.Dilbazinin “Xocalı fəryadı” əsəri, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi A.Ələkbərovanın “ Xocalı harayı” adlı kompazisiyası səhnələşdirilmişdir.
Tədbirdə Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunun dünya ictimaiyyətinə çatdırılmasında Ulu öndərimiz,müdrik siyasətçi Heydər Əliyevin böyük səy göstərməsi xüsusi vurğulanmış və Heydər Əliyevin çıxışından ibarət videomaterial təqdim edilmişdir.