Azərbaycan Respublikası Təhsil Nazirliyinin “2016-2017-ci dərs ilində “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə” 7 noyabr 2016-cı il tarixli 722 nömrəli əmrinə və Nazirliyin 1 may 2015-ci il tarixli 535 nömrəli əmrilə təsdiq edilmiş “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi Qaydaları”na əsasən, müsabiqənin rayon (şəhər) mərhələsi 2017-cı ilin yanvar-fevral aylarında keçirilməlidir.
Bu məqsədlə RTŞ-də komissiya yaradılmış və məktəb rəhbərlərinə əmrdən irəli gələn məsələlərin həyata keçirilməsi istiqamətində lazımi təşkilati-pedaqoji tədbirlərin görülməsi tapşırılmışdır.
I mərhələ rayon məktəblərində keçirilmiş, 99 nəfər şagird bu müsabiqədə iştirak etmişlər.
I mərhələdə fərqlənən, azərbaycan və dünya ədəbiyyatı nümunələrini davamlı mütaliə edən 45 şagirdimiz 8 fevral 2017-ci ildə şəhər 7 saylı məktəb-liseyin akt zalında II mərhələdə özlərini yenidən
sınamışlar.
Nəticədə aşağıda adları göstərilən 10 nəfər şagird komissiyanın qərarı ilə qalib elan edilmişlər.
1.Ağayev Əlfağa Rövşən –IX sinif şagirdi-Şorsulu kənd tam orta məktəbi
2.Əsədova Firuzə Xalid - IX sinif şagirdi-Xurşud kənd ümumi orta məktəbi
3.İsmayılov Dadaş Zahid - X sinif şagirdi-Yenikənd kənd tam orta məktəbi
4.Məmmədova Şəbnəm Rahət-VIII sinif şagirdi-Seyidsadıqlı kənd tam orta məktəbi
5.Əliyeva Vəzifə Şahin - VIII sinif şagirdi-Şəkərli kənd ümumi orta məktəbi
6.Əzizov Məsud Həsrət- IX sinif şagirdi-Şəhər 9 saylı tam orta məktəbi
7.Ələkbərov Akif Vasif –VIII sinif şagirdi –Şəhər 5 saylı ümumi orta məktəbi
8.Babayeva Günay Ceyhun -VIII sinif şagirdi-Şəhər 9 saylı tam orta məktəbi
9.Quliyeva Simarə Bəxtiyar - X sinif şagirdi-Yenikənd kənd tam orta məktəbi
10.Məmmədov Allahverdi Famil- VIII sinif şagirdi-Şorsulu kənd ümumi orta məktəbi
Onlardan 1 nəfəri - Yenikənd kənd tam orta məktəbinin X sinif şagirdi Quliyeva Simarə Bəxtiyar qızı 45 şagird arasında ən yüksək nəticə toplamışdır.
Odur ki, komissiya üzvlərinin yekdil rəyi əsasında Quliyeva Simarə Bəxtiyar qızının müsabiqənin Respublika turunda iştirak etməsi qərara alınmışdır.