03.02.2017

Avropa Komissiyasının TAIEX Proqramı çərçivəsində tədbir keçirilmişdir.

01-02 fevral 2017-ci il tarixlərində  Bakı şəhəri  “Holiday Inn” otelində  Avropa Komissiyasının TAIEX Proqramı çərçivəsində Respublika Təhsil İnstitutu və Təhsil İşcilərinin Peşəkar İnkişafı İnstitutunun (Təhsil Nazirliyi) ilə birgə təşkil etdiyi “məktəbdaxili qiymətləndirmə və keyfiyyətin təminatı” mövzusunda tədbir keçirilmişdir.  

    Tədbirin  əsas  məqsədi Avropa Birliyinin məktəbdaxili qiymətləndirmə sistemləri və prosesləri, məktəblərdə  keyfiyyətin  təminatı sahəsində  təçrübənin paylaşmaqdan ibarətdir.

    Plenar iclasda aşağıda göstərilən mövzular ətrafında məruzələr edilmişdir:

    1.Yaxşı məktəblər və məktəb liderlərinin rolu

    2. Standartların yaradılması və müəllimlərin ixtisas standartları

    3.Avropa Birliyinin məktəbdaxili qiymətləndirmə və keyfiyyətin təminatı mövzusuna baxışı

    Bu mövzular ətrafında AB-nin ekspertləri  məruzələr etmişlər.

   Məruzələrin təhlili üçün 3 istiqamətdə işçi qruplar yaradılmış və  mövzular ətrafında  müzakirələr aparılmış, nəticədə rəy və təkliflərlə ümumiləşmələr aparılmışdır.

   Salyan RTŞ üzrə həmin tədbirdə Təhsil  eksperti  Sabit Əsədov  iştirak etmişdir.


Açar sözlər: