03.02.2017

Xocalı Soyqırımının il dönümü  ilə bağlı hazırlıq işləri və RTŞ-nin Təhsilyanı Şurasının keçirilməsi barədə

31.01.2017-ci il tarixdə Salyan rayon Təhsil Şöbəsinin akt zalında ümumtəhsil məktəb direktorları ilə yığıncaq keçirilmişdir.

        Yığıncaqda əsasən Tədbirlər Planina uyğun olaraq Xocalı Soy Qırımınin 25 illiyinə həsr edilmiş tədbirlərin hazırlanması barədə tapşırıqlar verilmişdir.

        Həmin gün RTŞ-nin Təhsilyanı Şurası da keçirilmişdir. Şuranın gündəliyində 3 məsələ qoyulmuşdur:

        1. "Uşaqların(şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları" barədə Təhsil Nazirinin 06.11.2014-cü il tarixli, 1/3 nömrəli Kollegiya Qərarının yerinə yetirilməsində seçmə yolla yoxlanılmış məktəblərdə yol verilmiş nöqsanlar barədə

         2. Rayonun ümumtəhsil məktəblərində məktəbdaxili nizam-intizam qaydalarına riayət edilməsində seçmə yolla yoxlanılmış məktəblərdə yol verilmiş nöqsanlar barədə

        3. IX sinif şagirdlərinin təmayülləşdirməyə cvəlb edilməsi ilə bağlı şagirdlərlə və ərazilərdə valideynlərlə təbliğat işinin düzgün aparılması barədə

         Hər üç məsələ ətrafında arayışlar oxunmuş, arayış ətrafında müzakirələr edilmiş, Təhsilyanı Şuranın Qərarı ilə nöqsanlara yol vermiş məktəb rəhbərləri müvafiq inzibati tənbeh cəzası almışlar.

 


Açar sözlər: