27.01.2017 tarixində Şəkərli kənd ümumi orta məktəbində növbəti Pedaqoji Şura keçirilmişdir.Şurada məktəbin müəllim kollektivi və IX sinfin valideynləri iştirak edmişlər.
Şurada Təhsil Nazirinin 26.12.2016 tarixli 851 nömrəli əmrinə əsasən attestatların forması və yeniliklər,böyük summativ qiymətləndirmənin və I-IX siniflərdə aparılan monitorinqlərin ayrı-ayrı fənlər üzrə nəticələri,həmçinin II yarımildə qarşıda duran məsələlər müzakirə olundu.
Pedaqoji Şurada aşağıda qeyd olunan qərarlar qəbul edildi:
1.Şagirdlərlə "II yarımildə monitorinqlər və yarımillik və illik qiymətləndirmələrdə "qeyri-kafi" qiymətlərə yox!" devizi altında iş qurulsun.
2.IX sinfin yekun qiymətləndirməsi ilə bağlı aparılan işlər ikinci yarımildə də davam etdirilsin.