01.02.2017

Fənn olimpiadaları keçirilmişdir.

Salyan Rayon Təhsil Şöbəsi 2016-2017-ci tədris ilində məktəblilərin fənn olimpiadalarının keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12.12.2014-cü il tarixli 1256 nömrəli əmrinə uyğun olaraq işini təşkil etmişdir.

         IX-XI siniflərdə keçiriləcək fənn olimpiadalarının təşkili və onun keçirilməsi üçün RTŞ-nın müvafiq əmri ilə 5 nəfərdən ibarət təşkilat komitəsi yaradılmışdır.

         Fənn olimpiadalarının düzgün və şəffaf keçirilməsi üçün valideyn ,qabaqcıl fənn müəllimləri və RTŞ-nın işçiləri təşkilat komitəsinə cəlb edilmişlər.
    
    IX sinif üzrə Azərbaycan dili fənnindən 33, X sinif üzrə 30, XI sinif üzrə 21, IX sinif Tarix fənni üzrə 14,X sinif üzrə 14, XI sinif üzrə 20, IX sinif Coğrafiya fənni üzrə 19, X sinif üzrə 12, XI sinif üzrə 13, IX sinif Riyaziyyat fənni üzrə 44, X sinif üzrə 28 ,XI sinif üzrə 16 ,IX sinif Fizika fənni üzrə 21, X sinif üzrə 16, XI sinif üzrə 15, IX sinif Kimya fənni üzrə 6, X sinif üzrə 7, XI sinif üzrə 17, IX sinif Biologiya fənni üzrə 15, X sinif üzrə 9, XI sinif üzrə 11, IX sinif İnformatika fənni üzrə 4, X sinifdə isə 1 nəfər şagird rayon mərhələsində iştirak etmək hüququ qazanmışlar.

         Ümumiyyətlə rayon üzrə 386 şagird rayon turunda öz qüvvələrini sınamışlar

         Rayon turu 15 yanvar 2017-ci il tarixdə şəhər 2 saylı tam orta və 7 saylı məktəb liseydə keçirilmişdir.

      Olimpiadanın keçirilməsi ilə bağlı bütün texniki işlər vaxtinda icra edilmişdir.
 


Açar sözlər: ,