30.11.2016

  Şəhid  Aqil  Yadigar  oğlu  Kərimovun anım  günü  keçirilib.

               29  noyabr  2016-cı  il  tarixində   1992-ci  ildə  Qarabağda  Füzuli  rayonunun  Əbdulrəhmanli  kəndi  uğrunda  gedən  döyuşlərdə  şəhid  olmuş  qardaşimiz  Aqil  Yadigar  oğlu  Kərimovun anım  günüdür.

   Aqil 1973-cü  ildə  Salyan  rayonunun  Boranıkənd  kəndində  anadan olub.

              Qarabağ  döyüşləri  zamanı   könüllü  olaraq  döyüşə  yollanib  və  1992-ci  ildə  şəhid  olub.   Hal-hazirda  Salyan rayon  Boranıkənd  kəndində  yerləşən  Ümumi  orta  məktəb  Aqil Kərimovun  adini daşiyir.

              Anım  günündə  Şəhidin  valideynləri,  məktəbin  müəllimləri  və  şagirdlər  iştirak  etmişdir.  Məktəbin  direktoru  Rəsul  Quliyev  şəhidin  döyüş  yolu  haqqında  çıxış  etdikdən  sonra,  məktəb  müəllimlərindən   Babayeva  Alimə,  Kərimov  Şakir,  məktəbin  şagirdləri  və  şəhidin  yaxınları  anası  Kərimova  Alimə,  qardaşı  Kərimov  Zakir  çıxış  edərək  şəhidin  xatirəsini yad etdikləri üçün məktəb rəhbərliyinə   minnətdarlığını bildirmişlər.  

            Daha  sonra  şəhidin  məzarını  ziyarət  edərək  onun  məzarı  önünə  gül  dəstələri  qoyulmuşdur.


Açar sözlər: