30.11.2016

  Gənclərin Çagırışaqədərki Hərbi Hazirliq  rəhbərləri  ilə  seminar  keçirilib. 

             29  noyabr  2016-cı  il  tarixində   Salyan RTŞ-nin akt zalında  Gənclərin Çagrişaqədərki Hərbi Hazirliq fənnini tədris edən müəllimlərlə seminar keçirilmişdir. Seminarda  GÇH  rəhbərləri  ilə  söhbətlər  aparılmışdır. 

            Məktəbin hərbi-hazırlıq kabinələrinin mövcud vəziyyəti barədə təhlillər aparılmış,  kabinələrin maddi  bazası  haqqında  məlumatlar  toplanmış,  rəy  və  təkliflər qeyd  edilmişdir. 

            Seminarda  SHXÇDX-nin  Həqiqi  hərbi  xidmətə  çağırış  bölməsinin  rəisi  mayor  Tağı  Həsənov,   Həqiqi  Hərbi  Xidmətə  Çağırış  Bölməsinin  zabiti  baş  leytenant  Tural  Əhmədov,  RTŞ-nin  müdiri  X.Piriyev ,RTŞ-nin  metodisti  E.Məlikov  iştirak  etmişlər. Maddi bazanın təkmilləşdirilməsi barədə Hərbi komissarlığa təkliflər verilmişdir.