12.10.2016

Rayon  ümumtəhsil  məktəblərində  məktəbəhazırlıq  qrupları  fəaliyyətə  başladı.

Rayonun  43  ümumtəhsil  məktəbində  67  qrupda  1435  nəfər  uşaq  cəlb  olunmaqla  məktəbəhazırlıq  qrupları  təşkil  edilmişdir.

    Bununla  bağlı  Təhsil  nazirliyi  tərəfindən  rayonun  məktəblərində  monitorinq  keçirilmişdir.  

    Monitorinqdə  TN-nin  nümayəndəsi  Aydın  Rəhimov  iştirak  edərək  məktəbəhazırlıq  qrupları  təşkil  olunan  məktəblərdə  olmuş,  işin  təşkilinin  vəziyyətini  öyrənmişdir.  

    Məktəbəhazırlıq  qruplarında  dərs  deyən  müəllimlərin  sayı  67  nəfərdir,  bunlardan  32  nəfərinin  təhsili  ali,  35  nəfərinin  təhsili  orta  ixtisas  təhsillidir.  Bu  müəllimlərlə  sentyabr  ayında  təlim  kursları  keçirilmiş  və  onlara  sertfikatlar  verilmişdir