12.10.2016

"TƏRƏQQİ"  medallı  müəllimin  sayı  artdı.

5  oktyabr  Beynəlxalq  müəllimlər  günü  münasibətilə  Azərbaycan    Respublikası   Prezidentinin  sərəncamı  ilə  Salyan  şəhər  4  saylı  tam  orta  məktəbin  tarix  müəllimi  Dadaşova  Razıgül  Müseyib  qızı  "Tərəqqi"  medalı  ilə  təltif  edilmişdir.  

    Bu  təltif  rayonun  pedaqoji  ictimaiyyətinə  verilən  təltifdir.  

    Rayonun  pedaqoji  kollektivləri  bu  etimadı  doğrultmaq  üçün  ölkə  Prezidentinin  və  Təhsil  Nazirliyinin  diqqet  və  qayğısından  faydalanaraq  daha  səylə  çalışır,  şagirdlərin  təlim-tərbiyəsində  "Dövlət  strategiyası"nda   nəzərdə  tutulan  vəzifələrin  öhdəsindən  gəlmək  üçün  verilən  tapşırıqlara  əməl  etməyə  çalışırlar.


Açar sözlər: