5 oktyabr 2016-cı il tarixində Salyan Rayon pedaqoji işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir. Konfransdan əvvəl Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyumaqla onun xatirəsi yad edilmişdir. konfransda RİH-nin başçısı Sevindik Hətəmov, Təhsil Nazirliyinin şöbə müdürü Aydın Əhmədov və 13 saylı ƏMHMİM-nin rəisi Fəraid Qəhrəmanov iştirak etmişlər. Konfransda məruzə ilə RTŞ-nin müdürü X.Piriyev çıxış etmişdir. Məruzə ətrafında çıxışlar dinlənilmişdir. Rayon məktəblilərinin Konfrans iştirakçılarına təbriki gurultulu alqışlarla qarşılanmışdır. Konfransda RİH başçısı S.Hətəmov və TN-nin nümayəndəsi A.Əhmədov konfrans iştirakçılarını təbrik edərək nüvbəti tədris ilində rayonun təlim tərbiyə göstəricilərinin yüksəldilməsi istiqamətində öz tövsiyələrini vermişlər.