03.10.2016

Təhsil naziri Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaşları qəbul edəcək

Ağdam, Füzuli, Beyləqan və Tərtər rayon sakinlərinin nəzərinə!

Təhsil naziri Mikayıl Cabbarov 10 oktyabr 2016-cı il tarixində saat 11:00-da Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Olimpiya Kompleksində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ağdam, Füzuli, Beyləqan və Tərtər rayon sakinlərini qəbul edəcək. Qəbulda Ağdam, Füzuli, Beyləqan və Tərtər rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 3, 4, 5, 6, 7 oktyabr 2016-cı il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.


Açar sözlər: