28.06.2016

Rayon Təhsil Şöbəsində yubiley tədbiri.

     Tədbirdə rayon Təhsil Şöbəsinin müdiri X.Piriyev, metodmərkəzin direktoru N.Zərbəliyev, kadr işləri üzrə məsləhətçi  R.Şirəliyeva, metodist C.Əliyev öz ürək sözlərini bildirmişlər.

     Xalidə Hacıyeva 1956 -cı ildə Qazax rayonunda dünyaya gəlmişdir.  1977-ci ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu bitirmişdir. 1977-ci ildən 2004-ci ilə qədər Salyan şəhər 4 saylı tam orta məktəbdə rus dili müəllimi, 2004- ci ildən 2007-ci ilə qədər şəhər 1 saylı uşaq baxçasının müdiri vəzifələrində çalışmışdır. 2007-ci ildən isə Salyan rayon Təhsil Şöbəsində metodist vəzifəsində çalışır.

    İşlədiyi müddət ərzində hər zaman rəhbərliyin verdiyi tapşırıqları layiqincə yerinə yetirmiş, işə məsuliyyətlə yanaşmışdır. Məktəblərdə  təlim-tərbiyənin keyfiyyətinin artırılmasında müəyyən xidmətləri olmuşdur.

     Rayonun ictimai-siyasi, xüsusilə qadın hərəkatlarında yaxından iştirak etmişdir.

     Yeni Azərbaycan Partiyasının üzvidir. 

     Ailəlidir. 3 övladı, 6 nəvəsi var.

    Sonda tədbir səbəbkarına Təhsil Şöbəsinin və TİAHİRK-nın Salyan komitəsinin birgə təşkil etdiyi fəxri fərman və qiymətli hədiyə təqdim olunmuşdur.