14.06.2016

Bu gün məktəblərdə “Son zəng” qeyd olunub

                Bu gün ümumtəhsil məktəblərində 11-ci sinfi bitirən şagirdlər üçün “Son zəng” çalınıb.

2015-2016-cı tədris ilində Salyan rayon  ümumi təhsil məktəblərini IX sinif  üzrə 1535, XI sinif üzrə 1229 nəfər  şagird bitirib.

2016-2017-ci tədris ilində Salyan rayon üzrə I sinfə 2055 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumi təhsil məktəbinin Nümunəvi Nizamna­məsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumi təhsil məktəblərində dərs məşğələləri iyunun 14-də başa çatıb.

“Son zəng” tədbiri haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən, 2016-cı ildə respublikanın ümumi təhsil məktəblərində “Son zəng" tədbirləri keçirilib. 

Son zəng ilə bağlı bir çox  Salyan məktəblərində də tədbirlər keçirilib. Tədbirlərdə məktəbin məzunlarının iştirakı ilə mahnılar, rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib və səhnəciklər göstərilib. Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər fəxri fərman və medallarla təltif olunub.

Salyan Təhsil İ Şöbəsinin  rəhbərliyi əməkdaşları rayonun ümumtəhsil məktəblərində xüsusilə qeyd olunan “Son zəng” tədbirlərində iştirak ediblər.


Açar sözlər: ,