17.06.2016

16.06.2016-cı il tarixdə I istiqamət üzrə Salyan rayon  ümumtəhsil məktəblərində TQDK tərəfindən IX-XI siniflər üzrə buraxılış imtahanları keçirilmişdir.

       16.06.2016-cı il tarixdə I istiqamət üzrə Salyan rayon 53  ümumtəhsil məktəblərində  4 imtahan mərkəzləri üzrə - şəhər 1 və 7 saylı məktəb-liseylərdə, Qardili və Qarabağlı kənd tam orta məktəblərində IX-XI siniflər üzrə buraxılış imtahanları keçirilmişdir.

      Buraxılış imtahanlarına hazırlıq məqsədi ilə rayon Təhsil Şöbəsi tərəfindən bütün təşkilati tədbirlər görülmüşdür. 

      IX siniflər üzrə 1583, XI siniflər üzrə isə 1247 şagird təqdim edilmişdir.

     Onlardan IX siniflər üzrə 1535, XI siniflər üzrə isə 1229 şagird imtahana buraxılmışdır.

    48 nəfər şagird IX, 18 nəfər şagird isə IX siniflər üzrə təhsildən yayındıqları üçün imtahana buraxılmamışdır.  

     İmtahanlar normal, münbit və şəffaf şəraitdə keçirilmiş, heç bir insident olmamışdır.

   İmtahan mərkəzlərində rayon Polis Şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölməsinin əməkdaşları, rayon Səhiyyə Şöbəsinin həkimləri imtahanların keçirilməsi müddətində öz xidməti vəzifələrinin lazımıca yerinə yetirmişlər.

     İmtahan nəticələri barədə əlvə məlumat veriləcəkdir.


Açar sözlər: ,