13.03.2019

 YAP Salyan rayon 3 saylı ərazi partiya təşkilatının hesabat yığıncağı keçirilib

                 YAP Salyan rayon  3 saylı ərazi partiya təşkilatının hesabat yığıncağı keçirilib. Yığıncaqda 3 saylı ərazi partiya təşkilatının sədri Tinatin Həsənova 2018-ci ildə təşkilatın gördüyü işlər barədə hesabat məruzəsi ilə çıxış etmişdir. Yığıncaq iştirakçıları ərazi partiya təşkilatının bir illik fəaliyyətini qənaətbəxş hesab etmişlər. Hesabat yığıncağında təşkilatı məsələyə də baxılmışdır. Belə ki, RTŞ-nin aparıcı məsləhətçisi Fərqanə Cəbrayılova yenidən 3 saylı ərazi partiya təşkilatının qadınlar şurasının sədri, YAP üzvləri Elvira Mehdiyeva, Minəxanım Sadıqova və Raziyyə Eləsgərova müavinləri seçilmişlər. Yığıncaqda həmçinin 3 saylı ərazi partiya təşkilatının Gənclər şurası yaradılmışdır.RTŞ-nin aparıcı məsləhətçisi Mehrinur Qurbanova sədr, Ülviyyə İlyasova, Günel Cəfərova və Coşqun Eyvazov sədr müavinləri seçilmişlər.


Açar sözlər: ,